Müdafiə Nazirliyi Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotların növbəti tapşırığı uğurla icrası barədə məlumat verir.
“Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə