“AzFinance İnvestisiya Şirkəti” QSC 1 milyon manatlıq istiqrazların yerləşdirilməsini planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilib.
İstiqrazların tədavül müddəti 5 ildir.
Emissiya bir qiymətli kağız üçün nominal dəyəri 1 min manat olan 1 min istiqraza bölünüb.
Anderrayter qismində şirkət özü çıxış edəcək.
Yerləşdirilmə 2 iyul tarixində həyata keçiriləcək.
“AzFinance İnvest” MMC 2014-cü ildə yaradılıb və həmin ilin aprel ayında diler və broker fəaliyyətinə lisenziya alıb. MMC 2015-ci ildə “AzFinance İnvestisiya Şirkəti” QSC-yə çevrilib. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manata bərabərdir.**
Ə.Məmmədov