Nazirlər Kabineti istirahət günləri ictimai nəqliyyatın fəaliyyətinə təkrar məhdudiyyətlər tətbiq edib.
Qəbul edilən qərara əsasən, iyul ayında həftəsonları Bakı Metropoliteni də daxil olmaqla, ictimai nəqliyyat işləməyəcək.
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 2021-ci il avqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Bu səbəbdən, Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonları ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətini dayandırıb. **