Zəngəzur dəhlizi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına əlavə təkan verəcək. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib.
“9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Qarabağda hərbi qarşıdurmaya son qoydu. Münaqişənin həlli, eyni zamanda, regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açır. 2020-ci il 10 noyabr tarixli birgə Bəyanat bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 2021-ci il 11 yanvar tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli Bəyanatı ilə tamamlandı”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, bu tədbirlərin həyata keçirilməsi QDİƏT regionunun mühüm hissəsinin - Cənubi Qafqazın mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək.
“Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvanı Azərbaycanla birləşdirməklə yanaşı, mövcud ticarət və nəqliyyat əlaqəsinə də xidmət edəcək”, - deyə C.Bayramov vurğulayıb.*
B.Rüstəmbəyov