İyulun 29-da “Amrah Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Yığıncaqda “Amrah Sığorta” ASC-nin ləğvetmə prosesinin yekunu ilə bağlı məsələlər müzakirə olunacaq”, - deyə şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
2020-ci ilin oktyabr ayında “Amrah Sığorta” ASC-nin səhmdarları şirkətin ləğv olunmasına dair qərar qəbul ediblər. Mərkəzi Bank şirkətin lisenziyasını geri çağırıb.
“Amrah Sığorta” ASC 1993-cü ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərib. Şirkətin səhmdarları 2 fiziki şəxsdir.*
Ə.Məmmədov