Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olan hərbçilərin yenilənmiş siyahısını dərc edib.
Siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.
“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, - deyə nazirliyin məlumatında bildirilir.*
X.Nəsirzadə