Tarif (qiymət) Şurasının iyunun 30-da keçirilən iclasında informasiya mərkəzləri üçün elektrik enerjisinin xüsusi tarifləri müəyyən edilib.
Tarif Şurasının məlumatına görə, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün tariflər aşağıdakı qaydada müəyyən edilib: gündüz vaxtı (saat 08:00-dan 22:00-dək) 7,3 qəpik, gecə vaxtı (saat 22:00-dan 08:00-dək) 3,5 qəpik.
Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir.*
N.Abbasova