Sahibkarlığın İnkişafı Fondu (SİF) elektron kredit platformasının təkmilləşdirilməsi, texniki dəstək və miqrasiyası xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Tenderdə iştirak haqqı 350 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 2 avqust 2021-ci il tarixinədək təqdim etməlidirlər. İddiaçıların təklifləri avqustun 3-də açılacaq.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.*
B.Rüstəmbəyov