“Azərsu” ASC “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üçün açıq tender elan edib.
Sözügedən işlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi planlaşdırılır.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 12.08.2021-ci il saat 16:00-a qədər qəbul olunur. Təkliflər 13.08.2021-ci il saat 16:00-da açılacaq.
Telefon: (012) 431-47-67/87 (daxili – 1033), (012) 431-47-67/87 (daxili – 2259). Əlaqələndirici şəxs – İlqar Tağıyev, İntizam Novruzov.*
E.Şəfiyev