Hazırda Azərbaycan COVID-19 pandemiyası səbəbindən tətbiq olunmuş məhdudiyyətlərin saxlanılması şəraitində əsas diqqəti daxili turizmin inkişafına yönəldir. Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
“2019-cu ildə Azərbaycana rekord sayda – 3,17 milyon əcnəbi gəlmişdi, 2020-ci ildə bu göstəricinin 20% artacağını planlaşdırmışdıq. Lakin koronavirus pandemiyası səbəbindən turizm sahəsində kəskin azalma oldu”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
K.Quluzadənin sözlərinə görə, bu ilin may ayında Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artım olub. “Lakin bu o demək deyil ki, biz 2019-cu ildəki səviyyəyə çatacağıq. İndiki mərhələdə biz əsas diqqəti daxili turizmə yönəldirik”, - deyə o qeyd edib.*
B.Rüstəmbəyov