İyulun 3-də Bakıda Avro-2020 çempionatının 1/4 finalı çərçivəsində Danimarkanın futbol üzrə yığma komandası ilə Çexiya yığması arasında keçiriləcək oyunu ən azı 800 danimarkalı azarkeş izləyəcək. Bunu Danimarka Futbol İttifaqının (DBU) azarkeşlərlə işləyən koordinatoru Anders Xaqen yerli televiziyaya müsahibəsində deyib.
“Biz bu oyuna böyük maraq göstəririk, turizm şirkətləri də səfərlərin təşkilində çox maraqlıdır”, - deyə Xaqen bildirib.
“UEFA iyunun 28-də Danimarka - Çexiya oyununa biletlərin satışına başlayıb və danimarkalı azarkeşlər üçün 2500 bilet nəzərdə tutulub”, - deyə o bildirib.*
E.Şəfiyev