2021-ci il iyunun 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 455,3 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 369,4 milyon təşkil edib. Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 1,3% artıb.
İyun ayında AMB-nin valyuta ehtiyatları 0,1% və ya $5,1 milyon azalıb.
Xəbər verildiyi kimi, 2020-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 1,8% artıb.*
A.Əzizov