2020-ci ildə SOCAR-ın xam neft satışından əldə etdiyi gəlirlər 2019-cu illə müqayisədə 1,9 dəfə - 26 milyard 419 milyon manata qədər azalıb.
SOCAR-ın 2020-ci ilə dair birləşdirilmiş maliyyə hesabatlarına əsasən, ötən il şirkət neft məhsullarının satışından 13 milyard 378 milyon manat (azalma 39,7%), qaz satışından 4 milyard 15 milyon manat (azalma 2,6%), neft-kimya məhsullarının satışından 3 milyard 281 milyon manat gəlir (azalma 16,5%) əldə edib.
Bununla yanaşı, 2020-ci ildə şirkətin icarə gəlirləri 469 milyon manat (artım 12,7%), sair gəlirləri 2 milyard 45 milyon manat (artım 3,3%) təşkil edib.
Xəbər verildiyi kimi, ötən il SOCAR-ın ümumi gəlirləri 49 milyard 607 milyon manat (azalma 40,8%) təşkil edib. Gəlirlərin azalması 2020-ci ildə dünya bazarlarında neftin ucuzlaşması və OPEC+ razılaşması çərçivəsində hasilatın azaldılması ilə əlaqədardır.*
N.Abbasova