Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0134 manat/1EUR (iyulun 1-nə 2,0142 manat/1EUR) səviyyəsində müəyyən edilib.
AMB iyulun 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0232 manat/1RUB (iyulun 1-nə 0,0233 manat/1RUB) səviyyəsində müəyyən edib.**
B.Rüstəmbəyov