"Azersun Holding" şirkətlər qrupu 2020-ci ilin yekunları üzrə xalis mənfəətini 37,6% - 72 milyon 866,285 min manatadək artırıb.
“Azersun Holding”in ötən il ərzində dərc olunan maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 957 milyon 70,258 min manat (2019-cu illə müqayisədə azalma 4,6%), satış və xidmətlərin maya dəyəri 664 milyon 872,009 min manat (azalma 12,8%) təşkil edib.
2020-ci ildə holdinqin vergi ödənilənədək mənfəəti 92 milyon 227,4181 min manat (artım 30%), mənfəət vergisi üzrə ödənişləri 20 milyon 711,105 min manat məbləğində olub.
Hesabat ilində “Azersun Holding” aktivlərini 15,9% - 821 milyon 497,81 min manatadək, öhdəliklərini 12,3% - 384 milyon 452,148 min manatadək artırıb.
Holdinqin məcmu kapitalı 437 milyon 45,662 min manat (artım 19,3%), nizamnamə kapitalı dəyişməyib - 127 milyon 626,667 min manat təşkil edib.
“Azersun Holding” çoxprofilli şirkətdir. Onun tərkibinə kənd təsərrüfatı müəssisələri, ərzaq malları, kağız və qablaşdırma məhsulları istehsal edən zavodlar, ticarət şirkətləri daxildir.**
X.Nəsirzadə