Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev “ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbovun rəhbərlik etdiyi Rusiya İxrac Mərkəzinin nümayəndə heyətini qəbul edib.
“Görüş çərçivəsində infrastruktur layihələrin maliyyələşdirilməsi, həmçinin ticarətin maliyyələşdirilməsi məsələləri müzakirə olunub”, - RİM-in məlumatında deyilir. Bu barədə “İntrerfaks-Azərbaycan” məlumat verir.
Tərəflər Rusiya-Azərbaycan ticarət iqtisadi əməkdaşlığının müsbət dinamikasını qeyd ediblər.
RİM-in nümayəndə heyəti Azərbaycanın iri infrastruktur layihələrinin reallaşdırılması zamanı qurumun və “ROSEKSİMBANK”ın maliyyə alətlərindən istifadə etməyi təklif edib. “Bu cür yanaşma Azərbaycanın infrastrukturunun inkişafı üzrə layihələrə Rusiya müəssisələrini də cəlb etməyə imkan verəcək. Avtomobilqayırma, dəmir yolu parkının inişafı sahəsində layihələr perspektivli kimi qəbul olunub”, - məlumatda vurğulanır.
Görüşdə “ROSEKSİMBANK”ın malyyə dsətəyi ilə icra olunan və final mərhələsində olan Azərbaycanın dəmir yol nəqliyyatı vasitələri yenilənməsi üzrə layihə effektiv qarşılıqlı səmərəli əməkdaşlıq nümunəsi qismində qeyd ediblib.
Həmçinin, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın nümayəndə heyətini qəbul edib. “Görüş çərçivəsində praktiki qarşılıqlı səmərəli əməkdaşlığın gələcəkdə genişləndirilməsi məsələləri müzakirə olunub. RİM-in nümayəndə heyəti reallaşmasında Rusiya istehsalçıları və xidmətlər provayderlərinin iştirak edə biləcəkləri layihələrdə “ROSEKSİMBANK”ın ticari maliyyələşməsindən istifadə etməyi təklif edib”, - məlumatda vurğulanır.
Bundan başqa, xarici ticarət fəaliyyəti həyata keçirən şirkətlərin maliyyə dəstəyi alətlərinin effektivliyi məsələlərinə dair təcrübə mübadiləsi aparılıb. **
R.Əhmədov