Bu günədək Azərbaycanda COVİD-19 koronavirus infeksiyasının “Delta” ştammı aşkar olunmayıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Bizim istənilən mutasiyanı nüəyyən etməyə imkan verən laboratoriyalarımız var. İndiyədək “Delta” ştammı aşka olunmayıb. Lakin buna baxmayaraq, biz gündəlik monitorinqlər aparırıq”, - TƏBİB-dən bildiriblər.
O cümlədən, TƏBİB-dən vurğulanıb ki, hzırda Azərbaycanda tətbiq olunan kisnlər istənilən ştammdan, o cümlədən “Delta” ştammından qorumağa qadirdir.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.**
X.Nəsirzadə