Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin təyin olunması ilə bağlı vəziyyətin gərginləşməsi “sərhəd insidenti”dir və KTMT-nin Nizamnaməsinin müddəaları ona şamil olunmur. Bunu jurnalistlərə təşkilatın baş katibi Stanislav Zas deyib.
“Başa düşmək lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz, hücum zamanı istifadə olunur. Burada isə mahiyyət etibarı ilə sərhəd insidenti ilə qarşılaşırıq. Allaha şükür, orada qurban, atışma yoxdur. Bu, sərhəd insidentidir və onu həll etmək lazımdır, biz isə bunun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”, - deyə o bildirib.
Zas hesab edir ki, münaqişənin eskalasiyası müşahidə olunmur. “Qarşıda məhz sərhədlə, bütün bu mübahisəli məqamlarla bağlı görüləsi işlər çoxdur, ancaq onları danışıqlar yolu ilə həll etmək lazımdır”, - deyə baş katib qeyd edib.
Zas vurğulayb ki, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim monitorinq edir.*