SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O, Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla bağlı sosial şəbəkələrdə yayılmış videokadrları “İnterfaks-Azərbaycan” agentliyinə belə şərh edib.
Yerli KİV-in məlumatına görə, Xəzərdə partlayış seysmik proses nəticəsində baş verib və geoloji mənşəlidir. Hazırda mütəxəssislər bu hadisəni öyrənirlər.*
N.Abbasova