"Air Arabia" aviaşirkəti Əbu-Dabidən Bakıya birbaşa uçuşlara başlayir. Bu barədə aviaşirkətdən məlumat verilir.
Reyslər iyulun 15-dən etibarən yerinə yetiriləcək.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı (Əbu-Dabidən yerli vaxtlar saat 11:50-də təyyarə yola düşür, Bakıda eniş saat 14:55-də olacaq), bazar günləri (Bakıdan yerli vaxtlar saat 16:15-də təyyarə yola düşür, Əbu-Dabiyə saat 19:15-də eniş edəcək).
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, uçuşlar Airbus A320 təyyarələri ilə yerinə yeririləcək. **
E.Şəfiyev