Azərbaycan 2021-ci ilin birinci yarısında $1 milyard 162,4 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin 6 ayının göstəricisindən 27,1% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
“Ümumilikdə, cari ilin 6 ayı ərzində qənd ixracı 2,5 dəfə, qara metal və qara metal məhsulları ixracı – 2,4 dəfə, çiyidli pambıq ixracı – 2,1 dəfə, alüminium və alüminium məhsullarıixracı – 49% artıb”, - Mərkəzdən vurğulanır.
2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1,9 milyard tə.kil edib, bu da 2019-cu ilin göstəricisindən 5,2% azdır. Azalma COVİD-19-a görə məhdudiyyətlərin təsiri ilə şərtlənir.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $4 milyarda yaxın təşkil edəcək. **
B.Rüstəmbəyov