Azərbaycan prezidenti İlham ƏliyevSalyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarınıntikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Salyan rayonunun qeyd olunan kəndlərində 6 min nəfər əhali yaşayır.
Sərəncama əsasən, bu məqsədlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 milyon ayrılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
E.Şəfiyev