Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti bazar ertəsi Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq», - məlumatda qeyd olunur.
Tərəflər əlaqələrin genişləndirilməsi imkanlarını nəzərdən keçirəcəklər. **
E.Şəfiyev