“AzerGold” QSC-nin “Çovdar” qızıl mədənindən hasil olunan əlvan metal ixracından gəlirləri 639 milyon manatı ötüb (cari məzənnə ilə $376 milyon - İF). Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovbəyan edib.
“Yalnız “Çovdar” qızıl mədənin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edilib”, - İbrahimov QSC-nin fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf edən geoloqlar ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə fəaliyyətə bir mədənin - “Çovdar” qızıl mədənin istismarından başlayan cəmiyyət hazırda iki mədəndə hasilat işləri aparır. Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub.
“Ümumilikdə, cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupuı, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir”, - İbrahimov vurğulayıb.
O qeyd edib ki, cəmiyyətin uğurlu maliyyə siyasətinin əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyi yoxdur.
nin olmadığını vurğulayıb. “Maliyyə auditinin ilkin nəticələrinə əsasən, QSC öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcək”, - İbrahimov əlavə edib.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
R.Əhmədov