Azərbaycanda koronavirus infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 336,479 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 99 yoluxma faktı qeydə alınmışdı.
Gün ərində koronavirus infeksiyasından heç kəs vəfat etməyib, ölənlərin ümumi sayı 4 978 nəfər təşkil edir.
Virusa yoluxmuş 330,466 min nəfər (sutka ərzində +33) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 35 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 591 (ötən gün 8 679 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 793,04 min test aparılıb.**
N.Abbasova