“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi üçün podratçı seçimi üzrə tender elan edib.
Tenderdə iştirak haqqı 2 min manatdır.
İddiaçılar təkliflərini 18 avqust saat 18:00-dək təqdim edə bilərlər. Təkliflər 19 avqust saat 11:00-da açılacaq.
Ünvan: Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 17; əlaqələndirici şəxs: Əhməd Məmmədov. Telefon: (+99412) 496-52-05.
Prezident İham Əliyev 2021-ci il aprelin 19-da “Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2021-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.*
X.Nəsirzadə