Azərbaycan “Henley & Partners” şirkətinin yenilənmiş “Visa Restrictions Index” reytinqində 80-ci yeri tutub. Digər ölkələrin mövqelərindəki dəyişikliklərlə əlaqədar Azərbaycan 6 mövqe itirib. Bu barədə şirkətin məlumatında bildirilir.
“Henley & Partners” şirkətinin viza məhdudiyyətləri üzrə indeksi (Visa Restrictions Index) dünyanın 200-dən çox ölkəsinin və ərazilərin viza tələblərini analiz edir.
“Hesabat dövründə ölkə vizasız gediş haqqında müqavilələr bağlamayıb. Azərbaycan pasportunun sahibləri dünyanın 68 ölkəsinə vizasız gedə bilərlər”, - deyə məlumatda qeyd olunur.
“Henley & Partners” vurğulayır ki, bəzi dövlətlər, o cümlədən indeksdə ilk yerləri tutan ölkələr - Yaponiya, Sinqapur və Almaniya COVID-19 səbəbindən sərhədləri bağlı saxlayır.*
E.Şəfiyev