Azərbaycanda casusluqda ittiham olunan iki Ermənistan vətəndaşı barəsində cinayət işi materialları məhkəməyə göndərilib.
Yerli KİV-in məlumatına görə, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb.
Onlar barəsində aparılan ibtidai istintaq başa çatıb.
Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclası iyulun 14-ə təyin edilib.*
X.Nəsirzadə