Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində atışmanın baş verməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
“Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”, - deyə nazirliyin açıqlamasında bildirilir.*
E.Şəfiyev