“Bakı Metropoliteni” QSC işarəvermə və rabitə üçün avadanlıqların, ehtiyat hissələrinin, aksesuarların və mal materiallarının satın alınmasına 3,5 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Bakı Metropoliteni” QSC “Best Telekom” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 3 milyon 543,313 min manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 milyon nəfəri ötür.*
B.Rüstəmbəyov