Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Səhiyyə Nazirliyindənverilən məlumata görə, Teymur Musayev və Mixail Muraşko “Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi”ni imzalayıblar.
Sənəd “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol Xəritəsi” barədə məlumatları özündə ehtiva edir.
Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.
Yol Xəritəsi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının 27 aprel 2021-ci ildə Moskvada imzalanmış Protokolunu həyata keçirmək məqsədi ilə RF Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilib.*
E.Şəfiyev