İyulun 7-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini nəzərdən keçirəcəklər. Hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş rayonların əhalisinə yardım, eləcə də bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetiriləcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulur.*