Azərbaycanın baş naziri Əli Əsədov və Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Bakıda koronavirus infeksiyası əleyhinə vaksinasiya sertifikatlarının qarşılıqlı tanınmasının mümkünlüyünü müzakirə ediblər. Bu barədə RF səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi, həmçinin Rusiyanın ölkəyə test sistemləri və “Sputnik V” peyvəndinin çatdırılmasında göstərdiyi köməyi da qeyd edib.*