Azərbaycanda koronavirus infeksiyasına 78 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 336,557 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 62 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan vəfat edən olmayıb. Ölənlərin ümumi sayı 4978 nəfər təşkil edir.
Virusa yoluxmuş 330,513 min nəfər (sutka ərzində +47) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 66 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952 (ötən gün 5591 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 802,992 min test aparılıb.*
B.Rüstəmbəyov