Slovakiya XİN-in dövlət katibi Martin Klus Bratislavanın Bakı ilə energetika, İKT və turizm sahələrində əməkdaşlığının genişləndirilməsində marağını qeyd edir.
Xəbər verildiyi kimi, iyulun 2-də Bakıda Azərbaycan və Slovakiya XİN-lərarası siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Slovakiya XİN-in dövlət katibi Martin Klus iştirak ediblər.
Klus özünün Facefook səhifəsində yazıb ki, Bakıda məsləhətləşmələr zamanı o Slovakiyanın Azərbaycanla siyasi dialoqunun davam etdirilməsi və ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu ifadə edib.
“Azərbaycanın yerləşdiyi regionun yüksək dinamikası azərbaycanlı tərəfdaşlarla əlaqələrin aktivləşməsində daha çox maraqlı olan Slovakiyanın kiçik və orta biznesini motivasiya edir. Hesab edirəm ki, fəaliyətimiz yeni konkret nəticələrə çevrilir”, - Klus vurğulayıb.
O qeyd edib ki, Bakıda danışıqlar zamanı ikitərəfli münasibətlərin dərinləşməsinə qarşılıqlı maraq təsdiq olunub və nəinki enerji və İKT, həm də turizm sahəsində əməkdaşlğın möhkəmlənməsi üçün perspektivlərin mövcudluğu vurğulanıb.
Klus məlumat verib ki, danışıqlar zamanı Qarabağ mövzusu müzakirə olunub. Bununla əlaqədar o, Azərbaycamla Ermənistan arasında tədrcən etimadın formalaşması məqsədilə gələcək diplomatik addımların zəruriliyi barərə rəy ifadə edib. **
E.Şəfiyev