İyulun 22-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Təl-Əviv-Bakı marşrutu ilə reyslərin sayını artıracaq. Bu barədə AZAL-dan məlumat verilir.
“AZAL Bakıdan Təl-Əvivə həftəlik uçuşların sayını artırır. Belə ki, 11 iyul tarixindən başlayaraq həftənin bazar günləri həyata keçiriləcək reyslərlə yanaşı, uçuş cədvəlinə 22 iyul tarixindən hər həftənin cümə axşamı günləri icra olunacaq daha bir reys əlavə ediləcək”, - aviaşirkət qeyd edir.
Aviabiletlərin satışı aviaşirkətin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, İsrail vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə Azərbaycana səyahət edə bilərlər: tam peyvənd olunmaları barədə sertifikat (COVID-19 pasportu) və ya xəstəlikdən sağalmaları barədə arayış; uçuşdan əvvəl 72 saat ərzində rəsmiləşdirilmiş COVID-19-a dair PCR testinin neqativ 18 yaşınadək İsrail vətəndaşları Azərbaycana hava nəqliyyatı ilə gəldikdə yalnız PCR testinin neqativ nəticəsi barədə arayış təqdim edə bilərlər. Bir yaşınadək uşaqlar üçün sertifikat və arayışın təqdim edilməsi tələb olunmur.
İsrailə səyahət etməyi planlaşdıran Azərbaycan vətəndaşları İsrail hökumətindən bu ölkənin ərazisinə giriş icazəsi almalıdılar. **
N.Abbasova