Beş Xəzəryanı dövlətin – Azərbaycan, Rusiya, İran, Qazaxısytan və Türkmənistanın prokurorluqlarının rəhbərləri Xəzər dənizinin ekologiyasının müdafiəsi üzrə əməkdaşlığa dair razılığa gəliblər.
“İnterfaks”ın müxbirinin məlumatına görə, bu, Xəzəryanı regionun dövlətlərinin baş prokurorlarının ətraf mühitin müdafiəsi və Xəzər dənizinin təbii ehtiyatlarının istifadəsinə dair bəyannamə ilə nəzərdə tutulur.
Sənəd çərşənbə günü Sankt-Peterburqda imzalanıb.