Kremldə çərşənbə günü RF prezidenti Vladimir Putinin Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla keçiriləcəl görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində rusiyalı sülhməramlılarının yerləşdirilməsi ilə bağlı sənədin imzalanacağına dair məlumatı təkzib ediblər.
“Xeyr, bu xəbər həqiqətə uyğun deyil”, - RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Həmçinin, Peskov vurğulayıb ki, Putinin Paşinyanla danışıqları zamanı sözsüz ki, Qarabağ mövzusu və orada yerləşdirilən rusiyalı hərbi qulluqçuları ilə bağlı məsələlər, həmçinin ikitərəfli münasibətlər müzakirə olunacaq. “Lakin hər hansı sənədlərin imzalanması planlaşdırılmır”, - Peskov bildirib.