Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb.
Yeni bölğü mövcud 10 iqtisadi rayon əvəzinə 14 itqisadi rayonun yaradılmasını nəzərdə tutur.
Fərmana əsasən, Azərbaycanda aşağıdakı iqtisadi rayonlar var: Bakı iqtisadi rayonu, Naxçıvan iqtisadi rayonu, Abşeron–Xızı iqtisadi rayonu, 1.4.Dağlıq Şirvan iqtisadi rayonu, Gəncə–Daşkəsən iqtisadi rayonu, Qarabağ iqtisadi rayonu, Qazax–Tovuz iqtisadi rayonu, Quba–Xaçmaz iqtisadi rayonu, Lənkəran–Astara iqtisadi rayonu, Mərkəzi Aran iqtisadi rayonu, Mil–Muğan iqtisadi rayonu, Şəki–Zaqatala iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu və Şirvan–Salyan iqtisadi rayonu.
İqtisadi rayonların yeni bölgüsü Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi və ölkənin ərazi bütövülüyünün bərpası ilə şərtlənir.
Qarabağda azad olunmuş ərazilərin bərpasının zəruriliyi vəonların Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına əsaslanaraq Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, həmçinin, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil olmaqla) və Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Laçın, və Zəngilan rayonları) yaradılması haqqında qərar qəbul edilib.
Fərmanın mətni çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov