Yanvar-may aylarında sahibkarlara EKP vasitəsilə 130 milyon manata yaxın dövlət zəmanətli kredit ayrılıb
2021-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi Elektron Kredit Platforması üzərindən 847müraciət üzrə yeni biznes kreditlərini təsdiq edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
Verilmiş kreditlərin ümumi məbləği 224,1 milyonmanat təşkil edib, bunun 129,7milyonmanatı dövlət zəmanətlidir.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən yeni biznes kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı hazırlanıb.
Bu proqrama əsasən, yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ilədək olmalıdır. Zəmanət verilən kreditlər üzrə faizlərin 50%-i dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.**
B.Rüstəmbəyov