Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin birinci yarısında dövlət büdcəsinə 2 milyard 38 milyon 235,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-iyun aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 19 milyon 826,4 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 0,9% artırıb.
2021-ci ilin birinci yarısında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 382 milyon 115,9 min manat (azalma 4,7%), aksizlər üzrə 77 milyon 826,9 min manat (artım 16,7%), yol vergisi üzrə 20 milyon 745,5 min manat (artım 10,9%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 557 milyon 547,1 min manat (artım 15,1) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.**
N.Abbasova