Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub və liman rəhbərliyi ilə danışıqlar aparıb.
“Liman Transxəzər iqtisadi inteqrasiya çərçivəsində mal və xidmətlərin fasiləsiz və sürətli hərəkətini təmin edən dayanıqlı mərkəz olmaq üçün dəstək alacaq”, - deyə Aİ komissarı Twitter hesabında yazıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla görüşdə tərəflər qeyd ediblər ki, Bakı və Brüssel dəniz limanının inkişafı üçün 7 texniki yardım layihəsi həyata keçirib. “Liman və Aİ rəqəmsallaşdırılma və ekologiyalaşdırılma çərçivəsində əməkdaşlığı davam etdirəcək”, - deyə Bakı Limanının Twitter hesabında qeyd olunub.*
E.Şəfiyev