Bakı və Moskva Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində üçtərəfli razılaşmaların reallaşdırılması məsələsi ilə bağlı daim təmasdadır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Azərbaycan tərəfi ilə təmaslar daimi əsaslarda davam edir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi çox vacib və alternativsizdir. Bu çərçivədə də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə təmaslar həyata keçirilir”, - deyə o, bu gün jurnalistlərə bildirib.*