Füzuli rayonunda iki mülki şəxs minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar”, - deyə məlumatda bildirilir.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
DİN qeyd edir ki, minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.*
X.Nəsirzadə