Bakı və Ankara “Vətəndaşların miqrasiyası, readmissiyası və qarşılıqlı səfərlərinin sadələşdirilməsi haqqında” Saziş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Tərəflər sənədlərin hazırlanması istiqamətində işləri tez bir zamanda başa çatdırmaqla bağlı razılığa gəliblər”, - deyə mənbə qeyd edib.
Bundan başqa, Bakı və Ankara Azərbaycan və Türkiyə vətəndaşlarının miqrasiya ilə bağlı üzləşdikləri problemlərin həlli üçün birgə tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi barədə razılığa gəliblər.
“İki ölkənin müvafiq qurumları tərəfindən bu işlərin 2021-2022-ci illərdə həyata keçirilməsi nəzərdə tutulub”, - deyə mənbə vurğulayıb.*
E.Şəfiyev