Azərbaycanda koronavirus infeksiyasına 104 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 336,788 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 127 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İyulun 4-nə ölənlərin ümumi sayı 4980 nəfərə çatıb.
Virusa yoluxmuş 330,606 min nəfər (sutka ərzində +39) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 1 min 202 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8709 (ötən gün 10025 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 821,726 min test aparılıb.*
X.Nəsirzadə