Asiya İnfrastruktur İnvestisiyaların Bankı (AIIB) iyulun 15-də COVİD-19 koronavirus infeksiyasının əlverişsiz tibbi, sosial və iqtisadi nəticələrinin yumşaldılması üzrə ətraflı planın reallaşdırılmasına imkan yaratmaq məqsədilə Azərbaycan hökumətinə $100 milyon məbləğində kreditin ayrılmasınıtəsdiq etməyi planlaşdırır.
“Proqramın məqsədi – Azərbaycan hökumətinin COVİD-19-un əhalinin sağlamlığı, gəlirləri və iqtisadi imkanlarına, həmçinin makroiqtisadi sabitliyə mənfi təsirinin yumşaldılmasına yönələn maliyyə stimullaşdırılması üzrə tədbirləri dəstəkləyir”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi layihənin materiallarında qeyd olunur.
Azərbaycan hökuməti COVİD-19-un mənfi təsirinin yumşaldılmasına yönələn maliyyə stimullaşdırılması üzrə tədbirləri $1 milyard 773,2 milyon həcmində qiymətləndirir. “Bu vəsaitin $100 milyonu – AIIB-in krediti, $250 milyonu – Asiya İnkişaf Bankının krediti (2021-ci il 7 iyul tarixində təsdiq olunub - İF), qalan $1 milyard 423,2 milyon – Azərbaycan hökumətinin vəsaitidir”, - sənəddə qeyd edilir.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2020-2021-ci illər üçün COVİD-19 əleyhinə sosial maliyyə dəstəyi paketini 3,5 milyard manat ($2 milyarddan artıq) həcmində qiymətləndirir. Həmçinin, 2020-ci ildə proqram çərçivəsində onun reallaşdırılmasına 2,5 milyard manat ($1,5 milyarda yaxın), o cümlədən dövlət büdcəsindən – 2 milyard manat ($1,2 milyarda yaxın) yönəldilib.
Məznil-qərargahı Pekində yerləşən AIIB 2015-ci ilin sonunda 57 ölkə tərəfindən rəsmi qaydada təsis olunub. 2016-cı ilin iyun ayında Azərbaycan bankda üzvüklə bağlı bütün prosedurları başa çatdırıb. İndiyədək AIIB ölkə üzrə yalnız bir layihəni maliyyəlşdirib – 2016-cı ilin dekabr ayında Azərbaycana TANAP qaz kəmərinin tikintisinə $600 milyon həcmində kredit ayrılmasını təsdiq edib. **
A.Əzizov