Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davametdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, bu məqsədlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,2 milyon manat ayrılır.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov