Bakı və Ankara 2021-2022-ci illərdə sənaye sahəsində qarşılıqlı əlaqələri möhkəmləndirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Xüsusilə, 2021-2022-ci illərdə Azərbaycanda Sumqayıt və Pirallahı SənAye Parklarının ərazisində kimya, neft-kimya və əczaçılıq sahəsində layihələrə Türkiyə şirkətlərinin sərmayələri imkanları müzakirə olunacaq”, - mənbə deyib.
Bundan başqa, tərəflər
Hazırda Türkiyəyə idaxl olunan bir sıra malların Azərbaycanda istehsalının təşkili üçün birgə müəssisələrin yaradılmasını müzakirə edəcəklər.
Bu təşəbbüslərin inkişafı ilə Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyi məşğul olacaqlar.
Cari il ərzində Azərbaycan ticarət və investisiyalar sahəsində ölkəmizin investisiya imkanları ilə tanış olmaq məqsədilə Türkiyənin müxtəlif şəhərlərində “Road-show» keçirməyi planlaşdırır. Azərbaycan tərəfindən investisiya layihələri ilə İqtisadiyyat Nazirliyi və AZPROMO, Türkiyə tərəfindən - TürkiyəninXarici İqtisadi Əlaqələr Şurası (DEİK) məşğul olacaqlar.
Bundan əlavə, 2021-2022-ci illərdə iki ölkə arasında rəqəmsal ticarət sahəsində əməkdaşlığın inkişafı məqsədilə Anlaşma Memorandumu imzalamaq planlaşdırılır. **
X.Nəsirzadə