İmişli Rayon İcra Hakimiyyəti təmir işlərinin həyata keçirilməsinə “Orion-E” MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunan məlumata görə, şirkətlə 838,544 min manat ümumi məbləğdə iki müqavilə imzalanıb.
Birinci müqavilə şəhərdə avtomobil yollarının təmiri daxildir. Müqaviləni dəyəri 574,196 min manatdır.
İkinci müqavilənin predmeti İmişli şəhərində abadlıq işlərinin aparılmasıdır. İmzalanmış müqavilənin dəyəri – 264,348 min manatdır. **
X.Nəsirzadə